Kriminal

Azərbaycan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə saxlanıldı

4 Avqust 2019 12:18
0 Şərh     Baxış: 1 613

Gürcüstanın Rustavi şəhərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanılmasında ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, 1991-ci il təvəllüdlü Q.H. adlı şəxs iyulun 30-da avtomobillə hərəkət edərkən patrul polisi tərəfindən saxlanılıb. Q. X. avtomobili tərk edərək qaçmağa cəhd göstərsə də, saxlanılıb.

Onun üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı külli miqdarda müxtəlif narkotik vasitələr müsadirə olunub.

Azərbaycan vətəndaşını 8 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.