Kriminal

Bakıda şamlıq ərazidə fahişəni zorlayıblar? - Polis araşdırma aparır

2 Avqust 2019 16:07
9 Şərh     Baxış: 4 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının daxili işlər orqanlarının rayon bölməsinə qrup şəklində zorlama haqqında şikayət daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər.

Abşeron rayonunun 33 yaşlı sakini A.İ 40-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saat 03:00-da Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında, şam ağaclarının olduğu ərazidə iki naməlum kişi tərəfindən zorlanıb. Onlardan biri taksi sürücüsü olub.

Lakin ilkin araşdırma zamanı A.İ-nin ifadəsi tam təsdiqini tapmayıb. Məlum olub ki, qadın həmin ərazidə fahişəliklə məşğul olur. Ehtimal edilir ki, qadın ilkin olaraq qiymət danışaraq kişilərlə ağaclıqda cinsi əlaqəyə girib. Lakin kişilər göstərilən intim xidmətə görə ödəniş etməyiblər və qaçıblar. Aldadılmış qadın polisə şikayət edib.

Faktla bağlı heç kim saxlanılmayıb. Təhqiqat davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.