Kriminal

Azərbaycanlı həkim axtarışa verildi - İnsan alverinə görə

1 Avqust 2019 19:50
4 Şərh     Baxış: 5 901

Gürcüstanda fəaliyyət göstərən "Lanset" klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat "İnterpol"un rəsmi saytında yerləşdirilib.

İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu "İnterpol" xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

"Ceyranlı Fərman Cahan oğlu - 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. "İnterpol" kanalları ilə beynəlxalq axtarışdadır",- deyə rəsmi məlumatda qeyd olunur.

Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda "Lanset" klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Ulya · 1 Avqust 19:5171

    Ferman hekime sher atirlar

    Cavab yaz
  • Anonim
    qonaq · 1 Avqust 21:2480

    eger hebs edilib niye interpol axtariwa verib?

    Cavab yaz
  • Anonim
    patriot · 2 Avqust 09:4601

    lansetde hekim yox idi.coxusu azerbaycanlilarin pulunu yemek icin orda iwleyirdiler

    Cavab yaz
  • Anonim
    hm · 2 Avqust 10:4311

    Gürcüstanda həkim ehtiyatsızlığından insan ölümünə görə həbs edirlər.. Mən eşitməmişəm ki bizdə Ana ölümlərinə görə hansısa həkim azadlıqdan məhrum edilsin ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.