Kriminal

Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi

20 İyul 2019 14:40
0 Şərh     Baxış: 1 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən axşam Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 39 yaşlı Elməddin Adil oğlu Zeynalov onlara Sumqayıt şəhərindən qonaq gəlmiş bibisi oğlu Ceyhun Məmmədağa oğlu Məmmədovu ov silahı ilə vuraraq xəsarət yetirib.

Ayağından xəsarət alan Ceyhun Məmmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.