Kriminal

Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı

20 İyul 2019 12:17
0 Şərh     Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V. Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 4-də Bakı metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.

V. Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V. Abdullayev daha sonra saxlanılıb.

Məlumata görə, o, E. Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V. Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.