Kriminal

Zaqatalada 9 ton narkotik bitki məhv edildi

16 İyul 2019 11:19
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş ümumi çəkisi 9 ton olan 6000 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.