Kriminal

Ata türmədə olan oğluna narkotik gətirdi, ana isə bıçaq - FOTO

15 İyul 2019 22:20
2 Şərh     Baxış: 3 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29.234.4.3-cü maddəsinə əsasən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Bədəlov Əhməd Ramiz oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Bədəlov Ramiz Xadmetulla oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan "Head & Shoulders" markalı saç şampununun içərisində xüsusi üsulla gizlədilmiş iki ədəd bükülüdə 0,923 qram marixuana və 0,728 qram heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 170.3.2; 308.1; 66.3; 66.4 və 45-ci maddələrinə əsasən, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkən məhkum Əliyev Nəsimi Vaqif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Əliyeva Sabirə Allahyar qızının üzərinə və əşyalarına baxış keçirilən zaman ayağına yapışdıraraq gizlədilmiş 1 ədəd ülgüclü bıçaq aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.