Kriminal

Dubaydan Azərbaycana gələn Pakistan vətəndaşı saxlanıldı - SƏBƏB

15 İyul 2019 17:24
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubay-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sərnişin baqajını götürüb "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən "Qırmızı kanal"a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib.

Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarının içərisindən 5 ədəd "Samsung S10+" markalı mobil telefon, 5 ədəd simsiz "Apple AirPods" qulaqlıqları, əynindəki şalvarın yan ciblərindən və arxa sol cibindən isə 3 ədəd "Samsung S10+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.