Kriminal

“Bandotdel”dən əməliyyat: Kamran Ağayevin bibisi oğlu saxlanıldı

14 İyul 2019 09:32
2 Şərh     Baxış: 5 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şabran rayonunda narkotik satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, idarə əməkdaşları Güləndi kəndində keçirdikləri əməliyyat nəticəsində ümumilikdə 5 nəfər saxlanılıb.

Əməliyyatçılar ilk olaraq Şabran stansiyası ərazisindəki kafeyə daxil olaraq Anar, Elşən və Mehdi adlı şəxsləri yaxalayıb. Anarın yaşadığı evə gedən əməliyyatçılar maraqlı hadisənin şahidi olublar.

Məlum olub ki, Anarın tutulmasından xəbər tutan qardaşı Samir 200 ədəd çətənə kolunu "VAZ-2107" markalı avtomobilə yükləyərək izi itirmək istəyib. Polislər onu da zərərsizləşdirib. İlkin məlumata görə, Anar və Şahin Bakıya gətirilib, digər şəxslər Şabran rayon Polis Şöbəsinə təhvil verilib.

Məlumat üçün bildirək ki, Şahin məşhur futbolçu, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin bibisi oğludur.

Rayon sakinlərinin verdiyi məlumata görə, tutuan şəxslər rayon ərazisində uzun müddətdir narkotik satışını həyata keçirirlər. Onlar bir neçə dəfə tutulsalar da, sonradan azadlığa çıxaraq fəaliyyətlərini davam etdiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.