Kriminal

Azyaşlıları fahişəliyə cəlb edən “İntuş”dan xəbər var

13 İyul 2019 18:06
8 Şərh     Baxış: 7 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən il Nərimanov rayonunda həbs edilən məşhur stilist "İntuş" ləqəbli İntizam Yusifov Ali Məhkəməyə müraciət edib.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə prosesi hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 25-də keçiriləcək.

Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsiylə təqsirləndirilən və Nərimanov rayon Məhkəməsi tərəfindən məhkum edilən "İntuş" ona bəraət verilməsini tələb edib. 

Qeyd edək ki, Yusifov İntizam İntiqam oğlu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan qadınları fahişəliyə cəlb etdiyinə görə tutulub.

Cinayət işində 13 azyaşlı qız zərərçəkmiş qismində tanınıb.

Məhkəmənin hökmü ilə İntizam Yusifov 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.