Kriminal

Ailəli bacısının başqa kişi ilə münasibətini öyrəndi, bıçağa əl atdı - MƏHKƏMƏ

13 İyul 2019 16:54
0 Şərh     Baxış: 1 438

Bakıda bacısını bıçaqlamaqda təqsirli bilinərək məhkum olunan Niyaməddin Məmmədov Ali Məhkəməyə müraciət edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə prosesi hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 25-də keçiriləcək.

İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.

Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibəti olduğunu öyrənib və buna görə onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsif edilib və Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.