Kriminal

Arvadına çoxsaylı bıçaq vurdu, öldüyünə əmin olmaq üçün boğazını kəsdi

12 İyul 2019 23:05
2 Şərh     Baxış: 3 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

İttihama görə, bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib. Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.

Qeyd edək ki, onların birgə nikahdan 3 övladı var.

T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.11-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.