Kriminal

8 nəfəri öldürən sürücü ilə bağlı DƏHŞƏTLİ FAKT ÜZƏ ÇIXDI: “Az qalıb, 240-la gedəcəm" - FOTO

12 İyul 2019 12:15
22 Şərh     Baxış: 16 873

Qardaş az qalıb, 240-la gedə biləcək mikroavtobusa da sahib olacam.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu sözləri iyul ayının 9-da Masallıda "Mercedes Benz Vito 115" markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusla törətdiyi qəza nəticəsində 8 nəfərin ölümünə səbəb olan Mustafayev Nizami Malik oğlu sosial şəbəkələrdəki səhifəsində bildirib.

"Mercedes Benz Vito 115" markalı" mikroavtobusdan əvvəl "Ford" markalı mikroavtobus idarə edən N.Mustafayev sosial şəbəkədə özünü sürətli mikroavtobus sürücüsü kimi tanıdıb. Dostlarından bəziləri N.Mustafayevi "Ford" markalı mikroavtobusu yavaş idarə etməyi, bəziləri isə sürət həddi yüksəltməyi ona tövsiyə edirlər.

N.Mustafayev sürət həddi yüksək olan başqa bir mikroavtobusa yaxın vaxtlarda sahib olacağını dostlarına anons edir və belə cavab verir: "Az qalıb gedəcək".

Beləliklə, bir müddət sonra N.Mustafayev 8 nəfərin ölümünə səbəb olan "Mercedes Benz Vito 115" markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusun görüntülərini sürət sevən dostlarına paylaşır.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Leyla · 12 İyul 12:221423

    Soz tapmirlare daha danismaga.Gedin qurdalayin gorun kecmisinde daha neler olub bu bedbextin.Besdirin de onsuzda oluden beter olan bu bedbexti yixib surudunuz.Onnansa gedin axtarin tapin gunde icinde milleti kartof kimi yigib dasiyan narkotikli,ickili avtobus soferlerini tedbir gorun.Gunde nece defe avtobus qezalari bas verir.Bele hadiseyle millet her gun rastlasir.Millet daha bilmir ne ile ise gedib gelsin.

    Cavab yaz
    • Anonim
      Oxucu · 12 İyul 14:26252

      sənin bircə nəfər əzizin bu adamın 150 sürətlə sürdüyü maşında həlak olsaydı görüm belə bir şərhi yazardınmı?!

      Cavab yaz
    • Anonim
      Oxucu · 12 İyul 14:59192

      Nəyi araşdırıblar ki, şəxsi həyatını? 8 nəfərin ölümünün səbəblərini araşdırıblar da. Məlum olub ki, bu adam sürət həvəskarı imiş, avtoşluq edirmiş. Bunu ortaya çıxarmaq lazım deyildi? Balaca uşaqlar ölüb e o maşında! 240-la sürməyi planlaşdıran adamın narkotikli-içkli sürücüdən nəyi fərqlidi? Bu daha betərdi ki!

      Cavab yaz
  • Anonim
    Noname · 12 İyul 12:23143

    Şərəfsiz!!!!!!!!!!!! Sen olerdin kash!

    Cavab yaz
  • Anonim
    Oxucu · 12 İyul 12:24121

    basha dushmurem, bu dehshetli qezadan nece sag cixib?

    Cavab yaz
    • Anonim
      Zəhra oxucuya · 12 İyul 20:0420

      Allah saxlayanda saxlayır

      Cavab yaz
  • Anonim
    Afa · 12 İyul 12:26202

    Nədənsə avtobus və mikroavtobusların sürətlə getməsinə göz yumulur. hər kəs gördüyü bu sürəti yol polisləri niyə görmür.

    Cavab yaz
    • Anonim
      Elshen · 12 İyul 14:4290

      Cibə girən kağız parçası onların gözünü tutub.

      Cavab yaz
  • Anonim
    Lady · 12 İyul 12:30181

    Menim evvel bu insana yazigim gelirdi.deyirdim insandi hadisedi basina gelib qinamayaq .indi nedense bu insani gorende basqa seyler fikirlesirem.deyirler spidometr 170in ustunde imis.dasidigi insandiee nece evin isigi sondu bunun suret heddinin maragindan

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 12 İyul 12:31111

    Bunun gözlərindən cin-şeytan tökülür.

    Cavab yaz
  • Anonim
    azad · 12 İyul 12:36113

    Bu qatil omurluk hebs cezasina mehkum edilmelidi. Olum hokmu dusur eslinde bu serefsize. Coxdu bu cur qatil suruculer olkemizde.

    Cavab yaz
  • Anonim
    Sumqayit · 12 İyul 13:02512

    Naxaq yerə adamı tanımadan haqqına girirsiz. O ne qatildi ne de pis surucu. Hadise olanda olur. Yeqin ki, sizin de ichinde ishtirak etdiyiniz bele hadiseler olur. Ata oz ailesinin apararken geza toredir oz ushaglari olur. Bu adam suret heddini ashmayib, fikri yayinib.

    Cavab yaz
    • Anonim
      Niku · 12 İyul 19:3280

      Serniwin dawiyanda fikir ancaq yolda olmalidi . Serniwinlerin heyatinnan oynamaq olmaz .

      Cavab yaz
  • Anonim
    Seyid loğman · 12 İyul 13:0970

    100 faziz günah sürücüdədir bir lerikli olaraq çox üzüldüm

    Cavab yaz
  • Anonim
    kukulka · 12 İyul 13:2661

    gormursuz deyir 240 kececem bunun ozu bile bile edir

    Cavab yaz
  • Anonim
    Bibi · 12 İyul 13:2841

    İndi ömürlük alar ağlı başına gələr.allah cəzasını verər neçə ailəni işıqsız qoydu.öz ailəsini ilə birgə.

    Cavab yaz
  • Anonim
    Adsiz · 12 İyul 13:3231

    Bu surucuye omurluk ceza vermek lazimdir.

    Cavab yaz
  • Anonim
    .) · 12 İyul 14:1020

    Bir Vitoda o qədər adam necə yerləsib ,hələ deyir oz ailəsidə yolda dusub,basa basa yigsan sigmaz

    Cavab yaz
  • Anonim
    Oxucu · 12 İyul 14:41121

    Sən 240-la getdin. amma həbsxanaya!

    Cavab yaz
  • Anonim
    Orki · 12 İyul 16:2540

    Suretle surmek her adamin isi deyil! Getdin saatda 240la 15,il

    Cavab yaz
  • Anonim
    Behri · 12 İyul 18:0610

    mən yazdıqım şərhləri niyə vermirsiz Milli.az

    Cavab yaz
  • Anonim
    Allah bendesi · 13 İyul 00:1440

    Nə qədərki biz millət kimi hər şeyə barmaqarası baxacağıq belə olacaq. Adam sürətli sürəndə yoldaşı uşaqların götürüb düşüb maşından orda bir adam tapılmayıb deyə ki ay uşaq ya saxla düşək yada adam kimi sür! Biz ancaq bazarda kartof alanda dava edərik. Vso gözü bağlı şüursuz yaşadıqca bu davam edəcək. Sehv gördünüz ictimai qınaq edin!!!!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.