Kriminal

Azərbaycanlı qadın rəfiqəsinin sevgilisinin intim təklifini qəbul etmədi, öldürüldü - YENİLƏNİB - FOTO

6 İyul 2019 18:15
5 Şərh     Baxış: 6 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:15

Türkiyədə, Amasyanın Gümüşhacıköy rayonunda Gürcüstan vətəndaşı olan bir qadın evində silahla qətlə yetirilmiş halda tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Adatəpə məhəlləsi Çəmən küçəsində yaşayan 60 yaşlı Afət Məmmədlinin evində silah səsləri eşidilib. Bundan sonra qonşular polis çağırıblar.

Evə gələn təcili yardım xidməti və polis əməkdaşları hadisə yerində A.Məmmədlinin silahla vurulmuş cəsədini aşkarlayıblar. Meyit ekspertiza üçün Ankara Tibb Qurumuna aparılıb.

Evdə iki boş mərmi tapılıb. Polisdən verilən məlumata görə, qadını eyni evdə qaldığı rəfiqəsinin sevgilisi öldürüb. 47 yaşlı kişi A.Məmmədliyə intim əlaqə təklif etsə də, qadın bunu rədd edib və bundan sonra güllələnib. 

Qeyd edilib ki, hadisədə şübhəli bilinən R.H. polis tərəfindən saxlanılıb. A.Məmmədlinin Gürcüstan azərbaycanlılarından olduğu bildirilib.

---------
17:58

Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda 60 yaşlı Gürcüstan vətəndaşı yaşadığı evdə qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.

A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla öldürüldüyünü müəyyən ediblər.

Qadının evində iki güllə gilizi tapılıb. Qətli törədən şəxs və ya şəxslərin axtarışları davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.