Kriminal

Zərdab sakini qaçırdığı avtomobili sürərkən saxlanıldı

4 İyul 2019 14:58
0 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"102-Zəng Mərkəzi" Xidmətinə müraciət edən Zərdab rayon sakini İ.Süleymanov iyulun 2-də "RAF-22031" markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə həmin avtomobil polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Böyük Dəkkə kənd sakini P.Sultanov avtomobili idarə edərkən saxlanılıb.

Avtomobil polis əməkdaşları tərəfindən sahibinə təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.