Kriminal

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO

24 İyun 2019 14:14
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Şəhər Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları "Xaş-xaş 2019" tədbirlər planına uyğun olaraq birgə əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan artıq olan 18 350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.