Kriminal

Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT - FOTO

24 İyun 2019 14:04
13 Şərh     Baxış: 6 266

Daşkəsən rayonunda arvadını və 20 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Raqif Ələkbərov 20 iyun 2017-ci il tarixdə, axşam saatlarında yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edib.

O, sərxoş vəziyyətə düşdükdən sonra bir il əvvəl evlənərək faktiki ər-arvad münasibətlərində olan və onunla birlikdə yaşayan Kəmalə Məmmədova ilə aralarında əvvəllər baş vermiş ailə münaqişəsi ilə əlaqədar barəsində müvafiq orqanlara şikayət etməsi, inzibati qaydada 500 manat cərimə olunmasına görə qisas almaq məqsədi ilə onu və onun təzə doğulmuş qızını, 20 günlük körpəni öldürmək qərarına gəlib.

Raqif Ələkbərov Kəmalə Məmmədovanın birinci nikahdan doğulmuş azyaşlı qızı Fatimənin gözü qarşısında onun baş və təpə nahiyələrinə yumruqla çoxlu sayda zərbələr endirib.

Bundan sonra o, evdən götürdüyü dəmir zənciri Kəmalənin boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş həyətboyu qalın məftilə bağlayıb və bir müddət torpağa uzanılı vəziyyətdə saxlayıb.

Bununla kifayətlənməyən Raqif Ələkbərov yenidən yumruqla Kəmalənin başından vura-vura evə gətirib.

Sonra otaqdakı odun sobasının qarşısında olan ağac parçası ilə Kəmaləni, sonuncunun həmin vaxt qucaqladığı, otaqda çarpayının üstündə olan 15 may 2017-ci il tarixdə anadan olmuş körpəni də vurub.

Raqif Ələkbərov odun parçası ilə ana və azyaşlı qızını döyməyə başlayıb. Ana və azyaşlı qızı dünyasını dəyişib.

Raqif Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və məhkəmənin hökmü ilə Raqif Ələkbərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm elan edilib.

Hökmdən narazı qalan Raqif Ələkbərov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilməsini istəyib.

Həmçinin prokuror da apelyasiya protesti verib və Raqif Ələkbərovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin olunmasını tələb edib.

Tərəflərin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Qərara görə, Raqif Ələkbərovun apelyasiya şikayəti təmin olunmayıb.

Prokurorun protesti təmin olunub və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Raqif Ələkbərovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası çıxarılıb.

Raqif Ələkbərov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Raqif Ələkbərovun şikayəti təmin olunmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    /// · 24 İyun 14:0780

    Bu eclafa 20 IL azdir bunuda doye doye oldurmek lazimdir.

    Cavab yaz
  • Anonim
    Melek b · 24 İyun 14:1630

    Meqaleni sona qeder oxuya bilmedim.gozlerim qaraldi

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 14:1980

    20 il azdi..45 derec istidee qanimm dondu buz baqladii Allah senin bəlani versin sebr etməsin. Bütünn qarğışlarim seninlediii .

    Cavab yaz
  • Anonim
    /// · 24 İyun 14:2160

    ALLAHIN Lənəti olsun Sənə

    Cavab yaz
    • Anonim
      Leyla · 24 İyun 14:2712

      Polise sikayet edende qadina xeyri olmur qadinlarda qus beyindi gorurki ruhi xestedi tez qacardi ora bura

      Cavab yaz
      • Anonim
        f · 24 İyun 16:1900

        bes qadinin anasi atasi bacisi qardasi yoxdu? yaziq qadin

        Cavab yaz
  • Anonim
    Sevda.R · 24 İyun 15:1050

    Alçaq şərəfsiz.indi ömürlük çürüyərsən orda onda ağlın gələr boş başına.vicdansız

    Cavab yaz
  • Anonim
    DQ · 24 İyun 15:1270

    ömürlük belə az onunüçün. onu odunla hər gün döymək lazımdı

    Cavab yaz
  • Anonim
    Aynur · 24 İyun 15:2640

    ALLAH BELANI VERSİN

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 24 İyun 15:3450

    Maraqlıdı:o qadını zəncirləyib həyətdə it kimi sürüyəndə qışqırtı bağırtını kimsə eşitməyib görməyib?nəticə çox acıdı.bu manyakınkı ancaq ölümdü....belələrinə iş kəsilməsi həddən artıq bəyənilməyən humanistlikdi...

    Cavab yaz
  • Anonim
    111 · 24 İyun 15:5960

    it oğlu it demək isteyerdim, itlere heyfim gəlir

    Cavab yaz
  • Anonim
    Oxucu · 24 İyun 17:1940

    Ömürlük azadlıqdan məhrum etmə cəzasını tələb edən prokurora halal olsun! Spirtli içkidən xeyir tapan olubsa göstərin, şeytan yolunun qullarına lənət olsun!

    Cavab yaz
  • Anonim
    Oxucu · 24 İyun 17:2330

    Azyaşlı nədir, heç yaşı var iki, yazıq körpə 20 günlük olub. Əl boyda körpəni döyə-döyə öldürüb, aman Allah dəhşətə bax, bu əclafa cəza fikirləşib tapa bilmirəm, necə cəzalansın ki adamın ürəyi soyuya. Başına Allahın ən ağır bəlası gəlsin! Necə zülümdə olan qadınlar varmış!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.