Kriminal

“Dedilər ki, tutulana qədər özünü öldür” - 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO - FOTO

24 İyun 2019 13:54
4 Şərh     Baxış: 6 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Rezonans" proqramı növbəti buraxılışında məhkum Rəşidə Seyidova həyat hekayəsini yayımlayıb.

Milli.Az xəbər verir ki, 9 il cəza alan Rəşidə Seyidova bunları deyib: 

"Jurnalistika fakültəsini bitirmişəm, amma öz sənətim üzrə yox, salonda saç ustası kimi işləmişəm. 2009-cu ildə, 4-cü kursun ortalarında ailə qurdum. Ailə qurandan sonra övladım oldu, evdə işlədim sonra yenə salonda çalışmağa başladım. 2-ci övladım olandan sonra tamamilə işdən çıxdım. Yoldaşımla yola getmirdik deyə 2016-cı ildə ayrıldıq, uşaqlar məndə qaldı. Anamgilnən qalırdım sonra münaqişə yaşandı ayrı yaşamalı oldum. Onlara deməmiş ikinci dəfə ailə qurdum. 2015-ci ildə 2-ci ailəmlə, nənəmin hüzür yerinə, rayona bibimgilə getdim. Mən uşaqlarımın yanında olanda məndən xəbərsiz 5 nəfər gedib bibimgilə giriblər. Bibimin əl qolunu bağlayıb, soruşublar ki, evdə nə var? Bibim də deyib ki, filan yerdə qızıl var, götürün aparın, halal xoşunuz olsun. Bibimgilin evləri asan yerdədir, düz qəbirsanlığın yanında. Görüblər 2 mərtəbə remontlu evdir, deyiblər ki, nəsə olar burada. Yəni belə tanıyıblar o evi, mən gedib göstərməmişəm. Bir də gördüm səs soraq çıxdı ki, evi soyublar. Evə girənlərdən biri ikinci həyat yoldaşım olub, o birilərini isə məhkəmədə gördüm, tanımırdım. Onların özləri də ifadələrində bildiriblər ki, biz qızı tanımırıq. Guya deyirlər ki, evdən 20 minlik qızıl gedib, amma mən bilirəm ki, bibimin o qədər imkanı yoxdur. Bibim məndən yapışdı ki, sən verməlisən. Dedim ki, axı mənim günahım yoxdur. Onların üstündə başqa iş də açıldı, o soyğundan sonra Novxanıda bir iranlı uşaq öldürmüşdülər. Bibimgil məsələsi ortaya çıxandan sonra yoldaşıma dedim ki, sən nə oyun çıxartmısan? Əşyalarımı yığdım çıxdım, ölüm hadisəsindən xəbərim olmayıb. Məni Sumqayıta çağıranda bildim. İlk dəfə bura gələndə oturacaqda oturub ağlamağa başladım. Kənarda çox danışılırdı ki, cəza evində adamı incidirlər, orada yatanlara yaxşı baxmırlar. 25-də axırıncı məhkəməmdə evə zəng vurdum ki, mən tutuluram. Hətta mənə dedilər ki, tutulana qədər özünü öldür. Azadlığın yerini heç nə vermir. Ailəm yanıma gəlib-gedir. Anam övladlarıma deyib ki, ananız xəstədir, sağalanda gələcək ".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.