Kriminal

Bakıda dəhşətli ailə faciəsi - "Mənə hörmət etmirsən", dedi və öldürdü

23 İyun 2019 14:53
14 Şərh     Baxış: 14 957

İyunun 20-dən 121-nə keçən gecə Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı vəfat edib. 

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Hüseynov Emin Ədalət oğlu törədib. Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb. Qadın vəfat etdiyi üçün cinayət işi məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif ediləcək.

Milli.Az 

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Yusif · 23 İyun 15:00121

    İyunun 20-dən 121-nə keçən gecə

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 23 İyun 15:2795

    Görəsən elə bir gün olacaqmıki ailə zorakılığı,kriminal xəbər eşitmiyəcik...boş yerə də adamı öldürmürlər...

    Cavab yaz
    • Anonim
      d · 24 İyun 09:4130

      hormet etmir deye adam oldururler?!

      Cavab yaz
    • Anonim
      d · 24 İyun 09:4220

      bele serefsizler bos yere oldurur

      Cavab yaz
  • Anonim
    Yuh · 23 İyun 15:31151

    Pis gece seçiblerde 20den121ne keçen gece-o uzunluqda gecede her şey ola biler

    Cavab yaz
  • Anonim
    Gun kimi · 23 İyun 15:4590

    Bu artiq qudurqanliqin pik noqtesidi...

    Cavab yaz
  • Anonim
    Dutdulu dunya · 23 İyun 15:5131

    ALLAH SIZLERI GULDURSUN SERH YAZAN ISTIFADECILER.... BU MESELEYE DE GELERSEK, DAY BU TIP XEBERLER NORMALDI.

    Cavab yaz
  • Anonim
    asi · 23 İyun 16:55110

    Ikisinin də az qala 50 yaşı var..Bu qədər vaxtda hörmətsizliyə dözən və ya göz yuman kişi birdən-birə ayıldı ki, arvad ona hörmət etmir??.. Arvad hörmət etmirsə, demək kişi hörmət qazana və ya tələb edə bilməyib..Axır vaxtlar arvadın öldürənlər çoxalıb və hamısı da içərinin qorxusundan adın qısqanclıq, namus qoyur ki, içərdəki özü kimilər buna kişi desinlər, əl çalsınlar..Neçə gündü hamı şərhində qadınların əxlaqsızlığının artıdığı yazır..Amma kişilərin cürbəcür zirzibildən içib çəkib başlarını itirdiyindən yazmır..Narkamanların çoxaldlğı görən yoxdur..Ərlər mənliyini itirəndə arvadlar da əxlaqını itirir..Yoxsaki arvadı pis yola düşən kişilər özləri qeyrət simvolu deyil..Gecəyarı arvadı küsüb evdən çıxan kişi hamilə arvadının ardınca çıxmırsa, əvvəlcə özü kimi şərəfsiz arvada təcavüz edər, sonra da arvad hər şeyə tüpürüb əxlaqsız olar..

    Cavab yaz
    • Anonim
      Leyla · 23 İyun 18:2030

      Asi özüvü yorma yaşasın cehennem kisiler üçün

      Cavab yaz
  • Anonim
    Mamlyuk · 23 İyun 23:1570

    Təəssüf ki, xalqı bürüyən cəhalət, vəhşilik get-gedə artır. Bu düşüncəsiz anlamır ki, həyat yoldaşı da insandır və onun da öz fikri ola bilər. İnsanı öz fikrini bildirməyinə görə öldürmürlər. Və nəhayət, qalan iki övladı haqda da fikirləşmir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 00:0541

    Allahin lənətinə gələsən.. Ele bir qarisqa milcek öldürürler Öz heyat yoldaslarinin alnina damqa vururlar eclaflar serefsizzz

    Cavab yaz
  • Anonim
    d · 24 İyun 09:4220

    onda hansisa qadin bir kisini oldururse demeli duz edir

    Cavab yaz
  • Anonim
    aea · 24 İyun 12:4420

    Kişi olsaydın hörmət görərdin... Yəqin yaxşı kişi olmamısan ki, hörmət də görməmisən... Və arvadını öldürməklə də sübut elədin ki, şərəfsizin birisən...

    Cavab yaz
    • Anonim
      ,Elshan · 24 İyun 21:4401

      Zor edib agilsiz insanlar ya olmeli ya da icerde curumelidiler

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.