Kriminal

Əri ilə dalaşıb evdən qaçan 18 yaşlı hamilə gəlini yolda zorladı və... - Azərbaycandakı olay HƏR KƏSI ŞOKA SALACAQ

22 İyun 2019 18:00
30 Şərh     Baxış: 22 219

Saatlı rayonunda zorlamada təqsirli bilinən 1989-cu il təvəllüdlü Amil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Benzin doldurmaq istədi, qadınla rastlaşdı

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, iki uşaq atası olan Amil Babayev 2 noyabr 2018-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-2101 markalı avtomaşına benzin doldurmaq üçün Saatlı rayonun Şirinbəy kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib.

Həmin vaxt o, əri Samir Səmədov və onun valideynləri ilə birlikdə kənddə yaşadığı evdən acıq edərək çıxmış və anası Yetər Əliyevanın Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edən 2000-ci il təvəllüdlü Səbinə Səmədovanı görüb.

Maşınına minmək istəmədi, izləməyə başladı

Bu zaman Amil Babayev Səbinə Səmədovaya fiziki zor tətbiq etməklə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu səbəbdən o, avtomobilini onun yanında saxlayaraq maşına əyləşməsini təklif edib.

Amma Səbinə Amilin avtomobilinə minmək istəməyib və onun bu təklifindən imtina edib. Təklifindən imtina edildiyini görən Amil yolboyu piyada hərəkətdə olan Səbinəni izləyib.

Zorla maşınına mindirdi

Həmin vaxt Amil məqsədinə nail olmaq üçün avtomaşını Səbinənin yanında saxlayıb və onun sağ biləyindən tutaraq uca səslə üstünə qışqırıb, onun avtomaşına minməsini tələb edib.

Amil fiziki zor tətbiq etməklə Səbinəni avtomaşının qabaq sağ oturacağına əyləşdirib və düyməni basaraq qapını bağlayıb.

Çöllük sahədə qadına dəhşət yaşatdı

Həmin vaxt Amil Səbinən Şirinbəy kənd sakini Samir Səmədovun arvadı olduğunu deməsinə və qışqıraraq yalvarmasına, öz evlərinə aparmaq barədə xahişinə məhəl qoymayıb.

Belə olan halda Amil Səbinəyə zor tətbiq etməklə avtomobildən düşməsinə imkan verməyib və avtomaşını idarə edərək Saatlı rayonun Məmmədabad kəndi ərazisində qaranlıq çöllük sahəyə sürüb.

Hamilə olmasına da əhəmiyyət vermədi

Orada avtomobili saxlayıb və Səbinəni nalayiq şöyüşlər söyüb, bu gecə yanında olacağını və onu heç yerə buraxmayacığını bildirib.

Həmin vaxt Səbinə Amilə hamilə olmasını desə də, Amil onun bu sözlərinə də əhəmiyyət verməyib. Sonra avtomobildən düşərək Səbinəni oturduğu oturacaq istiqamətinə gəlib və onu zorla maşından düşürüb.

Müqavimətini qırdı və təcavüz etdi

Amil Səbinəni avtomobildən düşürdükdən sonra itələyərək yerə yıxıb. Sonra əlləri və ayaqları ilə müqavimət göstərən Səbinənin müqavimətini qıraraq əynində olan paltarını soyundurub.

Daha sonra Amil Səbinə ilə intim əlaqədə olmağa başlayıb, onunla fiziki zor tətbiq edərək cinsi əlaqədə olmaq istəsə də, zərərçəkmişin göstərdiyi müqavimət nəticəsində öz məqsədinə nail ola bilməyib.

Bundan sonra Amil Səbinəni yerdən qaldıraraq avtomaşına tərəf itələyib və üzü üstə yük yerinin üzərinə yarı əyilmiş vəziyyətdə uzanmağa məcbur edib. Orada zorla Səbinə ilə cinsi əlaqədə olub.

5 il 6 ay cəza və ümumi rejim

İstintaq orqanı tərəfindən Amil Babayevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Amil Babayevin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Amil Babayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi hökm edilib.

Hökmdən narazı qalan Amil Babayev apelyasiya şikayəti verib. İki azyaşlı uşağının olduğunu qeyd edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Amil Babayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Amil Babayevin şikayəti təmin edilməyib.

Milli.Az 

loading...

Şərh yaz:

30 Şərh:

  • Anonim
    Ququ · 22 İyun 18:10420

    Bele manyaka 5 il niye edalet yoxdu

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 22 İyun 18:12370

    5il? Bu ki təhqirdir.

    Cavab yaz
  • Anonim
    PRiNS · 22 İyun 18:142127

    Ne eceb "ne güzel dost" olan Allah yardim etmeyib? Sizin çirkab beyniniz , ondan daha murdar yüngül cezalarınįz

    Cavab yaz
    • Anonim
      Əcəl · 23 İyun 14:4122

      Böyük ingilis filosofu Frensis Bekon da bu məsələ ilə bağlı demişdi: "Az bilik Tanrıdan uzaqlaşdırır, böyük bilik isə Allaha doğru aparır. Yəni, elm və din barədə heç bir qarşıdurma, ziddiyət yoxdur və ola bilməz. Sadəcə insanın ətraf mühiti dərk etməsində məhdudiyyət var".

      Cavab yaz
  • Anonim
    PRiNS · 22 İyun 18:16312

    Dünya beledir-Her şey bir-birini tamamlayır. Ne qeder qeyretsiz olasan ki gelinin evden gede geceyarįsî, senin heç vecine olmasın. Ne qeder yiyesizlik, hercmerclik ola ki kendin ortasinda qįza hücum edesen.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 22 İyun 18:17151

    Yaziq qiz Bu serefsize bes il yarim is verende tebii ki cezasinin yungullesmesini isteyecek

    Cavab yaz
  • Anonim
    vasif abbasov · 22 İyun 18:19261

    bu sexsi omurluk ceza verilmelidir ki o birsiler baxib ders alsin.eger gece bir nefer yol gelirse o demek deyil ki o axmaqdir fahisedir.ona ne desen elemek olar.belesini her seyden mehrum elemek lazimdir ..

    Cavab yaz
    • Anonim
      dagli qizi · 22 İyun 20:55101

      Beli, 5il yarim cezadansa omurluk kuwilikden mehrum edeydiz- bax bu olardi edalietli hokm....Yoxsa, 5il yarimini cekib qayidacaq, gelinin taleyi nece olacaq, eri qebul edecek, ya yox????

      Cavab yaz
  • Anonim
    Аварка · 22 İyun 18:28170

    Werefsiz.

    Cavab yaz
  • Anonim
    tofıq · 22 İyun 18:30417

    Gelin Ölesen seni ındıkılerde niye agıl yoxdu. Nece olacaq bu ısler

    Cavab yaz
  • Anonim
    Sinir · 22 İyun 18:54184

    Bunu turmede ele bir ceza gozleyirki... Zerersizlewdirib buraxacaqlar. Birde kiminse qizina, kiminse arvadina teref baxmaz.

    Cavab yaz
  • Anonim
    Seva... · 22 İyun 19:091715

    Bu qeyretsize ölum yarawir bunu bildik. Bes bu yiyesiz, özbawina gelin gece 11 de ne gezir yiyesiz yollarda? Dalawibsada otursun xarabasinda seher getsin. Yeni deb di gelinlerin gece qacmagi

    Cavab yaz
    • Anonim
      ne · 24 İyun 10:2310

      gece colde qadin vara bu hereket edilmelidi??

      Cavab yaz
  • Anonim
    Kalbim · 22 İyun 19:12120

    Şərəfsiz.Allah bəlanı versin.Bunun ölməli əri niyə imkan verirdi gecə vaxtı harasa çıxmağa.Deyəkki günahı vardı,ən azından fikirləşməliydiki hamilədi.

    Cavab yaz
  • Anonim
    Gun kimi · 22 İyun 19:141715

    Bu gelin düz elemeyib gece vaxti özbawina evden qacib....sahibsiz adam kimi...

    Cavab yaz
    • Anonim
      M · 22 İyun 23:1962

      gunah o gizi 18 yasinda ere verendedi, onun hamile galan vaxtidi???allah bilir sevmediyi birine ere veribler ozunden 15 yash boyuk

      Cavab yaz
  • Anonim
    orxan · 22 İyun 19:43819

    yaxsi olub. 18yasli gelin eri ile dalasib ne qelet eliyib qacirdi evden ol indi..

    Cavab yaz
  • Anonim
    18.14 prins-mirins · 22 İyun 19:472110

    Allah Onun pak ve muqeddesliyini derinden derk eden, aqilli bendelerin en gözel dostudur...her axmaq-avaranin yox...werhi verin ...!

    Cavab yaz
  • Anonim
    ... · 22 İyun 19:50131

    Mehkemede de alçaqliĝinnan qalmire .demirki gülleleyin meni,isteye baxe ,iwini yungullewdirmek.sen merhemet etdin hamile geline ay vicdansiz.

    Cavab yaz
  • Anonim
    Liberal Düsunce · 22 İyun 20:30236

    Gelin evden saat neçe de çixib , çixmayib .. Neqeder bele savadsiz, cahil mühakimeler olacaqsa , o qeder Evlerimizde savadsiz kisicikler yetiser! Savadsiz cahilikdir, cahilikse ekser halarda , insani hisslerin ölmesine tekan verir . Küçerde bezi kisicikler , öz sikarini gözluyur deye xanimlar evde dustaq uturmalidirlar! Qanun sertlesdirlse , cikler dovsana dönerler !!!

    Cavab yaz
  • Anonim
    Azik · 22 İyun 20:51130

    Bele werefsizleri yalniz aztalamaq lazimdi

    Cavab yaz
    • Anonim
      Sefer · 24 İyun 01:5110

      Bu binamusu zorlamaq lazimdi.

      Cavab yaz
  • Anonim
    QQ · 22 İyun 22:11160

    Alçaq ,şərəfsiz. Yazlq qlz ailəsindən qaçmışdı barlşmaga da şansı var idi.Bu alçag gədənin əməlindən sonra yazəq qızın ailəsi də məhv oldu,arzuları da.Belə şərıfsiz manyaka 5 il nədir ki ?

    Cavab yaz
  • Anonim
    )))))))))) · 23 İyun 01:5250

    ömürlük lazımdıkı başqa şərəfsizlərə belə etməsin!! bu qayda qanun olsa sevinərdiy

    Cavab yaz
  • Anonim
    El qizi · 23 İyun 09:3461

    Men deyirem de kiwicikler coxalib indi kiwilerin sayi barmaqla sayacaq qeder azdjr

    Cavab yaz
  • Anonim
    GULNARA · 23 İyun 10:0581

    aile isini bilmezsen kim haqli,kim gunahkardir,senin 18 уasin var amma, cоx bоуuk hunerin var hikkedenmi,qоrxudanmi,esebdenmi bilmirem, gece saaт 11-de aqlina vurmurdun ki,hamile veziууeтde,cavan gelin hara gedirem,basima 1 is geler?aтalar niуe deуibler? gecenin xeуrindense, gunduzun seri уaxsidir,dunуaуa gelecek usaqin senden bunu sоrusacaq, ne anladacaqsan,оnu zоrlaуan kisinin namusuna,kisilуiine leneт оlsun,1 az icen kimi bele alcaqlar hadise тоredib,ickinin usтune aтirlar manуaklar,sizin kimilernii edam ederdim ureуim sоуumazdi allah size bela versin,senin qizinin arvadinin basina bele оуun geтirmis оlsaуdilar nece тesir ederdi.Gelinin erinin de gunahi bоуkdur,sen ailende kisilik ede bilmemisen ki,bu nоqтeуe caтdirmisan,senin validenуnin уоxdur ki,seni basa sala gelini hec neden inciтmezler,gоrmusem, er arvadini dоуende bezen qaуnana deуir, qоу dоуsun

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 23 İyun 13:1050

    Içəridəki qəşəng kişilər onun cəzasını lazımı həddə çatdırarlar INŞALLAH !

    Cavab yaz
    • Anonim
      Ağsaqqala · 23 İyun 14:4730

      İçəridəkilər də onun tayıdır ay əmi

      Cavab yaz
  • Anonim
    MERD KISI · 23 İyun 15:3650

    Hörmetli xanimlar, analar,qizlar haqqinizin tapdalamasina imkan vermeyin! Ne olursa qadin günahkardir deyenleri, agbircekler , analar susdirun!Burdaki serhçi xanimlara deyirem , mende Azebaycanli kisiyem haminin evinde anasi, bacisi , qadinlar var bele exlaqsiz hereketlere haqq qazandiraraq , kisiler size söz xetrine sag ol desinler, layk versinler deye serh yazmayin! Sidetin ne saati, ne vaxti, kim haqq verib bir geline tecavü edib , adini da quy ki, gelin niye evden çixirdi . Bu sidete susmaq ele una haqq vermey den basqa bir sey deyil ! Qadin insandir , kisinin sexsi mali deyil!

    Cavab yaz
  • Anonim
    asi · 23 İyun 16:2850

    Bəzi kişilər kişiliyi qurşaqdan aşağı bilir..qanun qanun olsaydı, ona 5 il iş yox, çiyindən yuxarı bir ip verərdi, rayon meydanımda...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.