Kriminal

“Bəs, anamın günahı nə idi?” - Qan davasının qurbanının oğlu

20 İyun 2019 16:31
43 Şərh     Baxış: 20 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan 4 nəfərdən biri Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə anası ilə bağlı təəssüratını bölüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, A. Cəlilov 7 nəfəri güllələyən Elnur Süleymanovun hansısa xəstəliklə bağlı kağız aldığını iddia edib:

"Adını namus davası qoydular, başlıq yazdılar: "Ağstafada cinayət, kalaşnikov ilə atasının qisasını aldı!" Bəs mənim anamın günahı nə idi? Sadəcə, yanlış zamanda yanlış yerdə olmaq? Kor bir güllənin qurbanı oldu mənim anam! Abbasqulu bəy demiş "bəs bunu kimin namusuna yazaq?" Gedim qisas alım, bəlkə mən də onun anasını öldürüm, anam geri gələcək? Namus davası adı altında binamusluq elədilər! 24 yaşlı bir binamus həyatımızı məhv etdi, artıq xəstəlik kağızını da alıb, yaxın bir neçə ilə çıxacaq həbsdən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.