Kriminal

Rüstəm Usubov Ağstafadakı 4 nəfərin öldürüldüyü güllələnmədən danışdı

20 İyun 2019 15:32
Baxış: 4 308

Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, onların açılma faizi isə yüksəlir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Baş prokurorun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır. Bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir.

R.Usubov Ağstafada insan ölümü və yaralanması ilə nəticələnən hadisə ilə bağlı danışarkən qeyd edib ki, ailələr arasında uzunmüddətli dava olub:

"Vəzifəli şəxslər vaxtı ilə həmin ailələrlə ciddi söhbətlər apararaq onları barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.