Kriminal

Bakıda qanlı hesablaşma - Küçədə kişiyə 5 bıçaq zərbəsi vurdular - YENİLƏNİB - FOTO

20 İyun 2019 15:31
8 Şərh     Baxış: 16 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:31

Milli.Az bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən hüquqlarının tapdandığını iddia edən Ayxan Yaradanquliyev qafqazinfo-ya müraciət edib.

Bildirib ki, iyunun 11-də Bakının Nəsimi rayonunda yolda hərəkət edərkən "Mercedes C klass" markalı 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş - Xəqani və Aqil Ağayevlər onun qarşısını kəsib.

Mübahisə zamanı həmin şəxslər A. Yaradanquliyev və dostu Rəhim Əliyevə çoxsaylı yumruq zərbələri endirib, Xəqani Ağayev Ayxan Yaradanquliyevin qarın və ürək nahiyəsinə beş bıçaq zərbəsi endirib.

A. Yaradanquliyev hadisənin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ört-basdır edildiyini iddia edir:

"Yalnız məsələyə Bakı şəhər prokurorunun müdaxiləsindən və onun şəxsi göstərişindən sonra hadisə ilə bağlı toplanmış materiallar üzrə 13 iyun 2019-cu il tarixdə (hadisədən 2 gün sonra) cinayət işi başlanıb Lakin cinayət işinin istintaqı aparılan Nəsimi İstintaq Şöbəsində də Xəqani adlı cinayətkar və onun qohumları polislərlə dil tapmış və müstəntiqlərlə sövdələşərək yüngül cəza ilə canını qurtartmağa cəhd edir. Xəqanini bu günədək həbsdən qorumağa çalışırlar. Halbuki Xəqani Ağayevin və onun qardaşının hərəkətləri qəsdəm adam oldürməyə cəhd, ümumi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır maddələrə tövsif edilməlidir".

Şikayətçi sözügedən davanın görüntülərini də redaksiyamıza göndərib.

----------
13:35

Bakıda baş verən qanlı hadisənin görüntüləri yayılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla hərəkətdə olarkən "Mercedes C klass" markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Masallı rayon sakin Xəqani və onun qardaşı Aqil Ağayev ilə mübahisəsi yaranıb.

Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsiblər, düşməsini tələb edərək, məsələni aydınlaşdırmaqda israr ediblər.

Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.

Həmin görüntüləri sizə təqdim edirik.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.