Kriminal

Yasamal sakini talanıb - 600 manat pul, 5 ədəd qol saatı

20 İyun 2019 15:00
0 Şərh     Baxış: 1 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-də saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, maddi sübutlar ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.