Kriminal

Polis "06"nı saxladı - 3 kq.-dan çox narkotik tapıldı

19 İyun 2019 18:38
0 Şərh     Baxış: 1 745

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi "VAZ 2106" markalı avomobillə saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi təmiz çəkisi 3 kiloqram 150 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.