Kriminal

Bakıda 80 minlik oğurluq - Evdən seyf aparıldı

19 İyun 2019 13:41
0 Şərh     Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda evdən 80 minlik oğurluq edilib.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Səbail rayon sakini Cahid Quluzadənin evindən seyf oğurlanıb. Seyfin içərisində 15 min manat, 15 min ABŞ dolları və 40 min manatlıq qızıl-zinət əşyaları olub. 

Cinayətin bir neçə şəxs tərəfindən törədildiyi ehtimal edilir. Dəstə üzvlərindən biri, 30 yaşlı Dəyanət Şirəliyev saxlanılıb. Digər şəxs və ya şəxslərin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.