Kriminal

Evinin zirzəmisindən 3 kq.-dan çox narkotik tapıldı

19 İyun 2019 13:18
0 Şərh     Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Keçirilmiş tədbirlərin davamı olaraq R.Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.