Kriminal

29 yaşlı gənc güllələndi

19 İyun 2019 09:49
0 Şərh     Baxış: 1 162

Neftçalada odlu silahla bağlı insident baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Astanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya xəstəxanada ilk tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaralının dediyinə görə, qonşusu Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.