Kriminal

Fədayə Laçından YENİ XƏBƏR

18 İyun 2019 15:55
3 Şərh     Baxış: 12 444

Bu gün Bakı Apelyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosesdə məhbusların məhkəməyə gətirilmədiyi elan olunub.

Bildirilib ki, müəyyən səbənblərə görə, təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib.

Proses növbəti həftədə davam etdiriləcək.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apelyasiya şikayəti veriblər.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    @@@ · 18 İyun 17:5352

    Allah qapını açsln inşallah.Yazıqdı.Həm anadı , həm də xəstədi.Bir qadın kimi çox acıyıram ona.İnşallah tezliklə azad olarsan.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 18 İyun 18:3842

      İNŞAALLAH SƏBİRLİ OLUN AZAD OLARSIZ

      Cavab yaz
  • Anonim
    seva · 19 İyun 09:2010

    Allah kömək olsun, tezliklə azadlıq qapıları üzünüzə açılsın AMİN.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.