Kriminal

Ağstafadakı güllələnmənin DƏHŞƏTLİ VİDEOSU +18

18 İyun 2019 14:00
39 Şərh     Baxış: 18 601

Ağstafada baş vermiş gülləbaranın görüntüləri yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verib. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib.

Əlavə edək ki, hadisədə daha 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həmin hadisənin görüntülərini anbaan təqdim edirik.

Milli.Az

loading...

Şərh yaz:

39 Şərh:

  • Anonim
    Əli · 18 İyun 14:041913

    Elə qeyrətli oğulsansa QAN düşmənin olan erməlirərdən qisas alardın. Nəinki bazarda oturub, əliyalın bir tikə çörək pulu qazanıb balalarına aparan fağırlardan.

    Cavab yaz
    • Anonim
      Tənqidçi · 18 İyun 14:141721

      Qisas qisasdı heç fərq etməz bazarda və ya səngərdə...məqam düşdü qisas alınmalıdı..

      Cavab yaz
      • Anonim
        Sovet vətəndaşı · 18 İyun 14:19160

        Qisas alınmalıdır? Bəs digər günahsız insanlar? Qisasını gedib evində alsın.

        Cavab yaz
      • Anonim
        yoldan keçən · 18 İyun 14:5781

        günahsız insanları qətlə yetirməknən

        Cavab yaz
      • Anonim
        Tenqidçiye · 18 İyun 15:27102

        Sen özün qisasa göre türmeye düserdin? Kenardan danismaq asandi. Ömürlük türme heyatini, orda başina gelecekleri ve ömrünün sonuna kimi havasiz yerde geberib gedeceyini fikirlew sonra cavab ver

        Cavab yaz
    • Anonim
      Tənqidçi · 18 İyun 14:17511

      Mən anlamıram siz niyə deyirsiz bazarda...eyşi bunun əzizləri qətlə yetirilibee..bu nə etməli idi??? Onun bu illər ərzində nə çəkdiyini qırağdakılar anlaya bilməz...

      Cavab yaz
      • Anonim
        Tenqidçiye · 18 İyun 15:2481

        Illerle cekdiklerini bunu elemekle yüngüllesdirdi? Cekdiklerinin üstüne lap böyük derd getirdi. Ömürlük hebs

        Cavab yaz
    • Anonim
      asi · 18 İyun 15:44125

      Erməni şəxsi qərəzli düşmən deyil, ümumi milli düşməndi..Ermənidən qisas almaq fərdi yox, kütləvi istəyə dayanmalıdı..

      Cavab yaz
    • Anonim
      xxx · 18 İyun 17:5216

      ay bixabarlar bir sohbati bilin sonra yazin bu bazar camaatini gullalayib ki bu dushmanlarini gullalayib

      Cavab yaz
  • Anonim
    Tənqidçi · 18 İyun 14:0979

    Mən ümimiyyətlə belə kadrlara baxa bilmirəm amma buna baxdım..bir maraqlı şeydə var idi yaşlı kişi əlində ağ dəmir parçası ilə qaçır o,tərəfə...ağsaqqal elə zənn edir ki,əlindəki snayperdi...

    Cavab yaz
    • Anonim
      Maqa Sarkazm · 18 İyun 14:23132

      Sen ne daniwirsan 2 qadina gulle atmaq ne vaxtdan kiwilik olub?

      Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 18 İyun 14:16112

    Allah belini qırsın. Bu qatilə haqq qazandırıb düz edib deyənlər, orada bir əzizinizin olduğunu və namərdə qurban getməsini istərdiz?

    Cavab yaz
    • Anonim
      Tənqidçi · 18 İyun 14:2257

      Bəs bu uşaqın əzizlərini öldürənlərə sözün nə???

      Cavab yaz
      • Anonim
        Xxx · 18 İyun 15:2251

        Sen bir seyi fikirlew kimise öldürmek bu qatile ne verdi? Hecne ömürlü hebs, gözü yaşli ana.

        Cavab yaz
      • Anonim
        Sovet vətəndaşı · 18 İyun 17:0741

        O uşaq sənin nəyindi bilmirəm, uşaq yox yekə oğlandı o. Sözüm odur ki onlar cəzalarını çəkib çıxıblar. İki nəfərə görə 8nəfəri güllələmək nə vaxtdan gözəl iş olub? Sənin də bir əzizin orda olsaydı görüm belə deyərdi ki?

        Cavab yaz
  • Anonim
    Roya · 18 İyun 14:19120

    Çox teessüf olenlere de öldürene de.Günah ne olursa olsun her kesin cezasını qanun vermelidir.Eger hami özünü qanun sayıb günahkar saydıqlarını cezalandırmalı olsa onda nece olar dünyanın halı.

    Cavab yaz
    • Anonim
      Çayxor · 18 İyun 14:32134

      Qisası destekleyenleredi sözüm.25ilden çoxduki,torpaqlarımızda dığalar at oynadır,neçe aileni başsız qoyub,neçe qız gelinin namusuna toxunub,neçe ananı gözü yaşlı qoyub.bes dığalardan niye qisas almırsız,rahat yerinizde oturub şerh yazmaq asandı.esrler boyu milletimizi qıranlar qalıb bir qırağa,özmüz özmüzden qisas alırıq.xahiş edirem şerhimi verin.

      Cavab yaz
      • Anonim
        Roya · 18 İyun 14:5091

        Dogru yazmisiz.

        Cavab yaz
  • Anonim
    Tənqidçi · 18 İyun 14:211013

    Heç kimin haqqı yoxdur o,uşaqı qınamağa....bu işə onu vadar edən qeyrəti olub..qeyrət kişilərdə olur..bu sözü ancaq kişilər anlayar..

    Cavab yaz
    • Anonim
      yoldan keçən · 18 İyun 14:5841

      deyəsən qoxumusuz

      Cavab yaz
    • Anonim
      Oxucu · 18 İyun 15:00121

      Mən görürəm siz çox müdafiə edirisz qatili, yeganə arqumentiniz də onun qisas almağıdır. Gəlin bir fikirləşək, əgər hər bir hadisənin qisası alınsaydı yer üzündə sağ adam qalmazdı, insanlıq yox olardı, həyat tükənərdi, yalnız qətliamlar, savaşlar olardı. Bəs qanunlar nə üçündür, həbsxanalar, həbs cəzaları nə üçündür? Atanı öldürəni səndə getdin öldürdün, atan geri qayıtdı? 15 il, 25 il və ya ömürlük həbsdə çürüdün, neçə ailə başsız qaldı, atan dirilib gəldi? Müsəlman ola kəs ona pislik edəni Allaha həvalə etməlidir, Ondan böyük ədalətli hakim yoxdur!

      Cavab yaz
    • Anonim
      Əsranur · 18 İyun 15:36114

      Qisasını əliyalın qadınlardan almaqla yaxşı edib?Əgər,mənim yoldaşım kimisə öldürübsə,bunda mənim,mənim qızımın,övladımın nə günahı var?Hələ bilinmir öləni niyə öldürüblər?Nə bilmək olar-bəlkə,ölən axmağın öndə gedəni olub?Çünki,belə zırrama oğullar da normal adamdan törəmir.Ölən nəyin üstündə ölübsə,dövlət də cəmi 8 il iş verib.Məncə,şərh yazarkən,emosiyaları kənara qoyub,məsələyə hərtərəfli baxsaq ,pis olmaz.Ölən hər ata da imam-peyğəmbər olmur.

      Cavab yaz
  • Anonim
    Лейла · 18 İyun 14:25133

    Kul kishi basiva.Kisilerle edavetin varsa,qadina niye el qaldirirsan.Sen get gir iceri,novbede senin ailenin tek kishileri yox,qadinlari da durur.Axmaq insan,qan davasindan xeyir tapan olub?Butun nesli tehlike altinda qoydun.

    Cavab yaz
  • Anonim
    Roya · 18 İyun 14:29130

    Ve ayrıca belke tesadüfen yoldan keçen günahsız biri qurban olsaydı bu hadisede onda onun ölmüne göre kim cezalanacaqdı?Oğlan üçün ağırmış,çetinmiş bunu anladıq Ancaq,heç bir halda öldüren haklı deyildir.Cezalandırmaq ancaq qanunların mehkemenin işidir.

    Cavab yaz
  • Anonim
    radar · 18 İyun 14:36140

    Bir fakt var ki, ölkə kriminallaşır. Son bir - iki ayda odlu silahla nə qədər adam ölürülüb, düşünmək lazımdır, cənablar

    Cavab yaz
  • Anonim
    Əliyə · 18 İyun 14:3683

    sənin qeyrətin varsa bəs sən niyə gedib erməni öldürmürsən?bu adam atasının qisasını alıb.ağzına gələni danışma

    Cavab yaz
  • Anonim
    vətəndə uzaq · 18 İyun 14:4545

    Qisas qiyamətə qalmir

    Cavab yaz
  • Anonim
    asi · 18 İyun 15:4284

    Imişlidə bənzər bir hadisə olmuşdu..Toya gedən bir ailənin evinə oğru girir.Dəqiq bilmirəm həmin vaxt evin nişanlı oğlu evdə olur yoxsa o toydan tez qayıdır, axır ki, oğru ilə qarşılaşır evlərində və oğru nişanlı oğlanı öldürür.Türməyə gedib cəzasını çəkib çıxır..Amma oğlanın digər qardaşları buna cəzaya qane olmur..Bazarda satıcı işləməyə başlayan qatili elə bazarda arvadının yanında vurub öldürürlər..Türmə cəzası təskinlik deyil..Bəzən sənin sevdiklərinin canını alınanın cəkdiyi heç bir cəzaya qane olmursan və sağ gəzib dolaşmasını qəbul edə bilmirsən..Bu zaman isə, sakitləşmək üçün özün silaha əl atmalı olursan..

    Cavab yaz
    • Anonim
      Tənqidçi · 18 İyun 16:3846

      Sağol Asi...bunlar nə bilir qisas nədir..

      Cavab yaz
      • Anonim
        asi · 18 İyun 17:0382

        Siz də sağ olun..hərədə bir hiss güclü olur, bu oğlanda da qisas hissi güclü olub..Bəzilərində mərhəmət hissi daha güclü olur..Erməniyə isə ümumiyyətlə calamaq lazım deyil bu işi..Ona qalsa, deyildiyi kimi anası bacısı erməni əlində qalanlarda heç qisas hissi yoxdur, bu oğlana necə irad tutmaq olar?..

        Cavab yaz
      • Anonim
        Oxucu · 18 İyun 18:1381

        16:38-ə: Birinə gözəl bir arzu arzulamaq istəyirsənsə ona de ki, səni görüm qisas nədir bilməyəsən. Düşmənin olmasın mənasında yox, qisas hissin olmasın, haqlı olsan da belə qisasçı ruhunda formalaşmayasan. Birinə qarğış etmək istəyirsənsə de ki, qisas hissini itirməyəsən. Deməli ona ən böyük pisliyi arzulayırsız. Bu qədər.

        Cavab yaz
        • Anonim
          asi · 18 İyun 19:1222

          Qisas hissini bilməyən insan özünə qarşı hər cür ədalətsizliyi həzm etməyə qadir insandır..Amma qisasçı olduğunu bildikləri zaman sənə qarşı edəcəkləri haqsızlığı düşünməli olurlar, bilirlər ki, əvəzsiz qalmayacaq...

          Cavab yaz
          • Anonim
            Oxucu · 19 İyun 13:3210

            Asican, elə əvəzsiz qalmayacağını bildikləri halda da öldürürlər. Bəyəm ancaq fağır insanlar öldürülür? Harda nifaq, ədavət, nifrət varsa orda belə sonuc olacaq. İstər bu hadisə olsun, istər başqa qətllər olsun. Öldürdüyünün qisasından ya da həbsdən qorxan adam o cinayəti törədər heç? Qisasdan qorxan adam cinayətə əl atmaz. İnsan məhz nəticəsini düşünmədiyi üçün cinayət törədir, qarşısındakının xarakterinə görə yox.

            Cavab yaz
  • Anonim
    Tənqidçi · 18 İyun 16:4344

    Burda bəziləri erməniləri misal çəkir güya biz qisas almırıq..hərbi xidmətizi başa vursaqda hər zaman döyüşə hazırıq..yetər ki,səfərbərlik olsun..əmrə tabe olan insanlarıq..amma bir şeyi səhv salmayın ailənin qisasını almaq üçün heçdə səfərbərlik əmrini gözləməyə ehtiyac yoxdur..sənin daxilində ki,vicdanın və qeyrətin qisas almaq üçün səni səfərbər edir...

    Cavab yaz
    • Anonim
      Roya · 18 İyun 17:4451

      Siz bir fikirleşin eger bele hadiseleri töredenler haklı bilinse ne olar bu memleketin halı?Elbetdeki oğlan üçün de Çox heyif hem keçmişi hem geleceyi mehv oldu.Eslinde düşünürem ki,o zaman onlar bu uşağı da öldurubler,ruhunu öldürübler.İndi ölenlerin yaxınları da getsin onlardan heyif alsın sonra biz toplum olaraq onlarada haqq qazandıraq ve belece davam etsin.

      Cavab yaz
  • Anonim
    ****** · 18 İyun 16:4782

    İLLƏR ÖNCƏ BAŞ VERMİŞDİ. İKİ QARDAŞI GÜLLƏLƏMİŞDİLƏR RASİM VƏ RAMİZ SÜLEYMANOVLARI.BOŞ BİR MƏSƏLƏNİN ÜSTÜNDƏ --SƏNİN QOYUNLARIN MƏNİM SAHƏMİ TAPDALAMASIN .ÖZLƏRİ DƏ KƏNDDƏ QONŞU İDİLƏR ƏKS TƏRƏFNƏN.HƏLƏ QOHUMLUQLARI DA CATIRDI.RASİM KƏNDDƏ İŞ ADAMI İDİ NECƏ AİLƏLƏRƏ CÖRƏK VERİRDİ. ÖLƏSİ OĞUL DEYİLDİ.HADİSƏNİ İNDİ TÖRƏDƏN RAMİZİN OĞLU OLUB --ATASININ QİSASINI ALIB --UŞAQ İDİ O ATASI ÖLDÜRÜLƏNDƏ.BİR İNSANIN ATASINI ƏMİSİNİ ÖLDÜRÜBLƏRSƏ O QİSAS HİSSİ İLƏ YAŞAYACAQ TƏBİİ.

    Cavab yaz
  • Anonim
    orbet. · 18 İyun 18:36132

    Qisas hökmünün detalları,şərtləri var, qarışdırmaq olmaz, əks halda Allah dərgahında qatili ağır əzab gözləyir. Belə ki, həmin şəxs qısas yox, ağır cinayət törədmiş olur, qisas iki nəfərə iki nəfər olmalı idi, yəni atasını əmisini kimlər öldürmüşdüsə onlar da öldürülməli idi. Bu məsələdə həddini aşan Allah qəzəbinə düçar olar və digər insanların da haqqını pozmuş olar. Bu məsələ Quranın Bəqərə sürəsinin 178-179 ayələrində öz əksini tapır. Allah ədalət prinsipinə görə öz qulluna bu haqqı həddini aşmamaq şərtilə verir, həmçinin buyurur ki kim bağışlasa mən də onun günahlarını bağışlayaram

    Cavab yaz
  • Anonim
    Final Boss · 18 İyun 18:5704

    Her gun zelzele olurdu qiyamet gunu yaxinlashirdi demeli. Bu gun zelzele olmuyub demeli qiyamet gunu uzaqlashir.

    Cavab yaz
  • Anonim
    Abel · 19 İyun 14:0500

    Yaxşı edib qisas alıb ! Guya o uşaq durduğu yerdə kimisə öldürmək istərdiki ? Sadəcə olaraq onları yqeinki birlikdə öldürmək üçün ən ideal məkan oranı bilib və orda da öldürüb. Bəlkədə atasına qarşı elə bir haqsızlıq olunub ki o uşaq bunu illər boyu həzm edə bilməyib. Ona görədə bu məsələyə coment vermək özü belə bəlkədə düzgün deyil.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.