Kriminal

Bakıda kişi bir ailənin üç qadın üzvünü şantaj etdi - Cinayət işi

18 İyun 2019 15:32
0 Şərh     Baxış: 1 673

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Müşvid Mürsəlov 11 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu soyğunçuluqda təqsirləndirilib. O, Azərbaycan hüdudlarından qaçaraq istintaqdan yayınıb. İnterpol xətti ilə axtarışa verilib.

Müşvid Mürsəlov saxlanaraq Azərbaycana təhvil verilib.

Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.