Kriminal

8 nəfərin güllələndiyi qan davasının TƏFƏRRÜATLARI

18 İyun 2019 10:18
3 Şərh     Baxış: 9 640

Dünən Ağstafada baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Sadıxlı kəndində Musayevər və Süleymanovlar arasında torpaq üstündə davam edən münaqişədə güllələnən iki nəfərin qisasını almaq üçün Sadıxlı kənd sakini 25 yaşlı Elnur Süleymanov "Kalaşnikov" markalı avtomatla Böyük Kəsik kəndinə gələrək Şərqiyyə Musayevaya onun övladları - məhkumluk həyatı yaşamış Şəmiddin Musayev və Novruz Musayevə ard-arda atəş açaraq qətlə yetirib.

Bu zaman ətrafdakı satıcı Ağgöl kənd sakini Zeynəb Cəlilovada güllə yarası alıb. O da aldığı güllə yarasındanca dünyasını dəyişib.

Silahlı insident zamanı ətrafdakı kütləyə də atəş açılıb. Bu zaman 55 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev və 68 yaşlı Nüsrət İsayev müxtəlif dərəcəli güllə yaraları alıb.

Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Cinayət törədən Elnur Süleymanov polisə könüllü təslim olub. Onun istifadə etdiyi silah isə maddi sübut kimi götürülüb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Oxucu · 18 İyun 14:1250

    Torpaq üstündə davam edən münaqişədə ölənlər, yaralananlar..... Dəhşətin özü bu cümlədədir. Ay savadsız, ay cahil, Şeytan yolunun qulu, indi sənə torpaq verəcəklər, ya təsaüdüfən günahsız yerə öldürdüyünü geri qaytara biləcəksən? Heç kim bu dünyadan özü ilə heçnə aparmır. 2 metr kəfəndən başqa. Qisas da, qətl də Şeytanın təhrik etdiyi əməlidir. Öz davanda nə qədər haqlı olursan ol, Şeytanın yolundasansa, əfvin-bəraətin yoxdur, nə bu dünyada, nə o dünyada.

    Cavab yaz
  • Anonim
    Oxucu · 18 İyun 14:3940

    torpaq uğrunda düşmənimiz olan erməniyə bir güllə atsaydın sənə afərin deyərdik, amma öz həmyerlilərini, öz kəndlilərini güllələməyin heç yaxşı hərəkət deyil.

    Cavab yaz
    • Anonim
      ədalət · 19 İyun 08:4501

      torpaqin bura ne dəxli var iki coban dalaıshir sonra cobanin biri qedib o biri gardashlarina xəber eləyir 3 gardaş balta goyun girxan ob tufəniqi qöturub qəlirler iki gardaş ustunə əvəlcə bir gardaşı tufənqle vururlar sonra 3 garaş duşur bir gardaşiin ustunə başlayirlar bıcag balta goyun girxanla doqramaga bu hadisələrde 12 13 yaşinda uşagin gozu garşisinda baş verir bu da son nəticə əqər sondusa

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.