Kriminal

Sumqayıtda aptekdən oğurluq edən şəxs "iş başında" saxlanıldı - FOTO

17 İyun 2019 13:42
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib.

Cəmi 1 dəqisə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.

Qeyd edək ki, saxlanılan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanılması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Tutulan zaman həmin şəxs polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd göstərsə də onun bu niyyətinin qarşısı alınıb. Polis Bölməsində araşdırma zamanı oğurluq edən şəxsin Sumqayıt şəhər sakini Emin Nəzərov olduğu məlum olub. Faktla bağlı E.Nəzərov barəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.