Kriminal

Baş Prokurorluq və DİN Ağstafada 4 nəfərin qətli ilə bağlı rəsmi məlumat yaydı - "Kalaşnikov"la bazara girib...

17 İyun 2019 12:42
12 Şərh     Baxış: 10 498

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Milli.Az xəbər verir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrəfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun "Kalaşnikov" markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    !!!! · 17 İyun 13:1391

    Kalaşnikovu hardan tapıb bu ağıldan səy? Guya qisas alıb, günahsız yerə birinin də ölümünə səbəb olub, hələ qalan üç nəfər necə olacaq bilinmir. Buna əhsən deyənlərdə də p... sürtməklik ağıl yoxdu

    Cavab yaz
  • Anonim
    Alimardan · 17 İyun 13:201011

    bu cavan edaletlu hökmü icra etdiyine gore azad edilmelidir. temboli könüllü gedib ve silahi tehvil verib. eyer ata anasini oldurenleri oldurubse, duz eliyib, edaletli hokmu icra edib.

    Cavab yaz
    • Anonim
      f · 17 İyun 15:1984

      hokmu icra eden mehkemelerdi.adi insanlar yox

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 17 İyun 16:2131

        13 20-ye könüllü getmeyib hadise yerinden qacib sonra tutublar

        Cavab yaz
    • Anonim
      f · 17 İyun 15:2072

      here oz bildiyi kimi hokm icra etse onda derebeylik olar

      Cavab yaz
      • Anonim
        Alimardan · 17 İyun 16:5155

        ağıllı bala, məhkəmə bəyəm adi isan deyil, Marsdan gelib? məhkəmənin sehvini aidiyyəti insan duzeldib. məhkəmə olum hokmu cixartmaliydi, səhvən, yada başqa səbəbdən cixartmiyib, bu adam duzgun hokm coxardib, ve ozude icra edib.

        Cavab yaz
        • Anonim
          Oxucu · 18 İyun 12:5310

          Azərbaycanda ölüm hökmü yoxdur! 1998-ci ildə ləğv olundu, dövlət tərəfindən qanunla ləğv dildi, ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləndi. Arada bir kitab qəzet zad oxuyun, səhvən, ya da başqa bir səbəbdən, təsadüfən oxuyun...

          Cavab yaz
      • Anonim
        Alimardan · 17 İyun 16:5354

        duzgunluye galsa, bir nece instansiyanin işini yerine yetirdiyine gore buna mukafat verilmelidir.

        Cavab yaz
        • Anonim
          Yoldan oten · 18 İyun 12:0510

          Günahsız yere öldürdükleri de ədalitli hökmün bir hissəsi idi?

          Cavab yaz
  • Anonim
    Tənqidçi · 17 İyun 19:2962

    Mənim fikrimcə öz doğma əmisinin və atasının qisasını alıbsa tam doğru hərəkət edib...

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 17 İyun 23:2211

      İki nəfəri günahsız öldürüb. Buna necə haqq qazandirursiz? 4 ailənin ocağını söndürən bir şərəfsizin tərəfini necə tutursuz azı?

      Cavab yaz
  • Anonim
    Vuqar · 18 İyun 00:0811

    Umumiyetle bu meseleynen bagll serh yazmag duzgun deyil cunki bunnan qabag neler cece bas verib yazanlar hecne bilmir ona gore tenqidi ve tekir yazmag olmaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.