Kriminal

Bakıda mənzil qarət edildi: 25 min manat oğurlandı

13 İyun 2019 18:04
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Bakının Suraxanı rayonunda mənzillərin birindən 25 min manat oğurlanıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət qurbanı Hövsan qəsəbəsi sakini, 39 yaşlı Samir Hüseynovdur. O, iyunun 12-də səhər saat 09:00-dan, axşam saat 17:00-a kimi evdə olmayıb. Zərərçəkən qarətin həmin vaxt kəsiyində törədildiyini iddia edir.

Cinayətda bir məqam diqqət çəkir. S.Hüseynov doqquz mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yaşayır. Cinayətkar mənzilə əsas giriş qapısından yox, eyvandan daxil olub (eyvanın qapısı açıq olub).

Şübhəlinin kimliyi hələlik müəyyən edilməyib. 30-cu Polis Bölməsinin əməkdaşları cinayətin üstünü açmağa çalışır.

Qeyd edək ki, ötən günlərdə paytaxt ərazisində 38 şəxsi mülkün oğurlanması faktı qeydə alınıb. Geridə qoyduğumuz iyun ayında isə qeydə alınmış qarətlərin sayı 390-a çatıb. Bu müddət ərzində paytaxtın əməliyyatçıları şəxsi mülkün oğurlanması ilə bağlı 66 işin üstünü açıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.