Kriminal

Bakıda bağban pula görə həkimi və ərini öldürdü - Dəhşətli cinayətin təfərrüatı

12 İyun 2019 21:45
0 Şərh     Baxış: 1 722

Bakıda tanınmış həkimi və arvadını öldürməkdə təqsirli bilinərək həbs olunan İlqar Xancanov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, onun şikayəti ilə bağlı ilkin baxış iclası iyun ayının 18-də hakim Elmar Rəhimovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. 

Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkum olunan İ.Xancanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.