Kriminal

Cinsi azlığı qadın bilib onunla tanış oldu, həqiqəti bilib öldürdü - TƏFƏRRÜAT

12 İyun 2019 17:34
10 Şərh     Baxış: 6 458

Ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Raqif Şıxəliyev barəsindəki hökmdən verilən apelyasiya şikayəti və protestə baxılacaq.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki,  iş Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin icraatındadır. 

İlkin baxış iclası iyunun 13-də keçiriləcək.

Hadisə ötən il Bakı şəhəri, Nizami rayonu ərazisində baş verib. R.Şıxəliyev toy məclisindən çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi R.B. (şərti ad və soyad) ilə tanış olub. Daha sonra R.Şıxəliyev həmin şəxsi qadın bilib, cinsi əlaqədə olmaq üçün ona 50 manat pul verib. R.B. isə qadın olmadığını ona deyəndən sonra R.Şıxəliyev verdiyi 50 manat pulu geri qaytarmasını istəyib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Hadisə yerinə yaxınlıqda olan digər cinsi azlığın nümayəndələri də gəlib, daha sonra dava başlayıb. R.Şıxəliyev özünü müdafiə edən zaman R.B.-ni yumruqla vurub. Yerə yıxılan R.B.-nin başı daşa dəyib. Xəstəxanaya çatdırılan yaralı bir neçə gündən sonra dünyasını dəyişib.
R.Şıxəliyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılarkən R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub.

Müdafiə tərəfi hökmdən apelyasiya şikayəti, prokurorluq isə apelyasiya protesti verib. 

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Aki2 · 12 İyun 18:0978

    Azz veriblerr 3 il nedi ki

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 İyun 18:23109

    Her ne zibildi niye öldürürsen ? 3 il nedii yeqin ölen yiyesizdii Qesden adam öldürmede asaqisi 8-il verirler Bilmeden masinla piyada vurulanda 8 il is kesirler yoxsa bilerekden can alib bu adam 3 il insafsizliqdiii

    Cavab yaz
    • Anonim
      Murad · 13 İyun 23:3400

      Bu yetim bir yumurug vurub kimə?

      Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 12 İyun 20:34117

    DÜZ edib öldürüb, bu məxluqlara azadlıq vermək olmaz.

    Cavab yaz
  • Anonim
    Hell · 12 İyun 21:2755

    esra savadsizsan bunu adim kimi eminem. ama da özūnu lap tupoy yerine qoyma

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 İyun 22:5957

      Adun Heldi ele əminsənn ? ya meni taniyirsan əminsən qaloşumu bilen savadi senin başun ömür billah bilmez 2-cisi dəə Tutaq ki, Savadsizam, tupoyam sene ne olur? basa dusmedim sene olan nedi hələ deeee Sene neeee? Basim aqriyir sen de bir az aqritma Men ne olduqun yaxsi bilirem Hec kimin hec kimi öldümeye haqqi yoxdu İndi Hellən burdan..Bildin

      Cavab yaz
      • Anonim
        aea · 13 İyun 09:2114

        Esracığım, o öldürməyib, yumruqla vurub... Yıxılanda başı daşa dəyib ona görə də ölüb... Bu bir qəzadır

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 13 İyun 10:0332

          Baiskar ve sebebkar O olub da qesden vurub da yumruqu kefinnen zarafatlasmirlar kiii vurub daaa..Demeli O yumruq vurmasaydi , Bu da yixilib ölmezdi.

          Cavab yaz
  • Anonim
    aea · 13 İyun 09:1944

    Əcəb eləyib. Belələrinə bir yumruq da azdır, kökün kəsmək lazımdır... 3 il çoxdur.. apelyasiya azad eləməlidir onu, çünki öldürmək məqsədi olmayıb onu..

    Cavab yaz
  • Anonim
    g · 13 İyun 10:5922

    3 il azdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.