Kriminal

Beyləqanda namus cinayəti: kəndə qayıdan kişiyə 20 güllə vurdu

12 İyun 2019 11:59
0 Şərh     Baxış: 2 559

Beyləqanda qətl törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarısu qəsəbəsində qeydə alınıb. Ağayev Ramil Sakit oğlu avtomatla həmyerlisi Məmişov Elmir Əliyar oğlunu güllələyib. 20-dən çox güllə yarası alan E.Məmişov hadisə yerindəcə keçinib.

R.Ağayev polisə gedərək könüllü təslim olub.

İlkin məlumatlara görə, R.Ağayevlə E.Məmişovun ailələri arasında namus üstündə köhnə ədavət olub. Həmin ədavətdən sonra E.Məmişovun ailəsi kəndi tərk edib. Lakin E.Məmişov bir neçə gün əvvəl kəndə qayıdıb. Bundan xəbər tutan R.Ağayev onu öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.