Kriminal

16 yaşlı yeniyetmə kişini bıçaqlayıb - Anasına “balam” deyib

12 İyun 2019 12:23
2 Şərh     Baxış: 2 161

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 2002-ci il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Elan olunmuş ittihamla Əli özünü təqsirli bilib. Hadisə baş verən vaxt Əlinin 16 yaşı olub. O, Elvin Əliyevi namus üstündə vurduğunu deyib.

"Anamla telefonda danışırdı. Mən də şübhələndim. Sonra səs yazısına qulaq asdım. Bir kişi bir qadına münasibət qurmaq üçün nə demək lazım idisə, deyirdi. Ən çox da sonuncu sözünə görə onu vurdum", - Əli bildirib. 

"Sonda sağollaşanda anama dedi ki, sağ ol, balam. Bu sözdən sonra əsəbiləşdim. Zəng edib görüşmək istədiyimi dedim. Sumqayıtda "ASAN xidmət"in arxasında görüşdük. Mən ondan bu hərəkətinin səbəbini soruşdum. İnkar elədi. Mən də ona dedim ki, kimsə sənin anana belə hərəkət etsə, xoşuna gələr? Sonra mübahisə elədik. Bıçağı çıxarıb onu vurdum".

Məhkəmədə zərərçəkmiş Elvin Əliyev də dindirilib. Hazırda səhhətində heç bir problem olmadığını deyən Elvin Əliyev təqsirləndirilən şəxsdən şikayəti olmadığını qeyd edib.  

Proses iyunun 18-də davam etdiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    BAKINEC · 12 İyun 14:2702

    GEREK SEN ANANI VURARDIN SORADA O WEREFSIZI ALLAH QURTARSIN QERDEW

    Cavab yaz
  • Anonim
    g · 12 İyun 15:4010

    sen cox sagol deki sikayetci olmayb senden.rahat burax heyatlarini yasasinlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.