Kriminal

Qanunsuz silahlı dəstə, döyüş sursatı, partlayıcı maddələr... - Sankt-Peterburqda tutulan Vəliyev kimdir?

11 İyun 2019 19:49
0 Şərh     Baxış: 1 821

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən silahlı dəstə yaratmaqda, qanunsuz odlu silah gəzdirməkdə  ittiham edilən və bu səbəbdən də beynəlxalq axtarışa verilən Faliq Vəliyev iyunun əvvəlində Peterburq polisi tərəfindən saxlanılıb.

Milli.Az virtualaz.org-a isatinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya hüquq mühafizə orqanlarının xəbərinə görə, F.Vəliyev müvəqqəti saxlama təcridxanasında saxlanılır, yaxın zamanda vətənə göndəriləcəyini gözləyir.

Azərbaycan vətəndaşının Rusiya Federasiyası ərazisində qanuni yaşadığı, sənədlərinin də qaydasında olduğu müəyyən edilib.

Cinayət işinin fiqurantına çevrilən Vəliyev sonradan beynəlxalq axtarışa verilib. O,qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaqda, qanunsuz odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etməkdə, həmin qurğuları hazırlamaqda təqsirli bilinib.

Qeyd edək ki, F.Vəliyevin 2004-cü ildə həm də Rusiyada soyğunçuluq etdiyinə görə 3 il azadlıqdan məhrum edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.