Kriminal

Sumqayıtda salam verməmək üstündə çayxananın arxasında qan töküldü - TƏFƏRRÜAT

11 İyun 2019 15:56
4 Şərh     Baxış: 1 362

Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Babək Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 14-nə təyin olunub.

Qeyd edək ki, şəhər ərazisində Tibb kollecinin yanında yerləşən çayxananın arxasında qeydə alınıb.

Sumqayıt şəhərində yaşayan Kəlbəcər sakini, 1990-cı il təvəllüdlü Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu ona salam verməməsi səbəbindən ucu kəsici-deşici olan alətlə vuraraq öldürüb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. 
Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    səmra · 11 İyun 16:1210

    o gun qonsuya salam verməmisəm,cevrilib mənə kobudluq edib .daha demir ki ,fikirli olmusam elə bil fikrim zikrim budur .Heec salam vermirəm nə deməyin gəlir.Bax belə seyləri gorub qorxmaq lazimdir ,birdə gordun gəlib məni oldurur.xa xa xa gulməlidir ki?

    Cavab yaz
  • Anonim
    Azərbaycanlı · 11 İyun 16:3030

    Şuursuzluq.Buna başqa ad vermək olmaz.

    Cavab yaz
  • Anonim
    yo · 12 İyun 03:1300

    her ıkı oglan qonşumuzdu babekden hec gozlemezdık başı aşaqa sakıt usaq ıdı

    Cavab yaz
  • Anonim
    Fatima · 12 İyun 16:5400

    alcaq oglan evın bır oglunu boş yere oldurub!!!!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.