Kriminal

Gürcüstanda azərbaycanlı ər-arvad amansızlıqla öldürüldü - Müəmmalı qətl mesajı

7 İyun 2019 15:29
2 Şərh     Baxış: 3 668

Bu gün Gürcüstanın Qardabani rayonunda azərbaycanlı ər və arvad xüsusi amansızlıqla qətlə yetirilib. 

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir.

Onlar küt alətlə qətlə yetirilib və tanınmaz hala salınıb, hətta qohumları həmin şəxsləri tanıya bilməyib. 

Kişi və həyat yoldaşı Qardabanidə kiçik bizneslə məşğul olurmuş, lakin cinayətkarlar evdən heç nə götürməyiblər.

Bildirilir ki, qətlə yetirilmiş ailənin oğlu Rusiyada yaşayır.

Qohumlar qətlin qisas məqsədilə törədildiyini hesab edirlər. Deyirlər ki, qatillər evin divarlarına bu sözləri yazıblar: "Vaxtında gəl, səninlə hesablaşaq".  

Faktla bağlı cinayət işi başlanıb, saxlanılanlar və ya şübhəlilər yoxdur. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Qaqa · 7 İyun 16:4511

    oglu yegin Vor alemine qosulub Rusiyada. yada kiminse babat ayagina basib

    Cavab yaz
  • Anonim
    REŞALA · 7 İyun 17:5830

    BELƏ DÜZ DEYİL HƏRƏ ÖZ CƏZASİN ÖZÜ ÇƏKMƏLİDİ BURDA VALİDEYİNİN NƏ GÜNAHİ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.