Kriminal

Şəkidə “Renault”, Gədəbəydə "VAZ" qaçırıldı

6 İyun 2019 16:20
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki rayonunun Baş Göynük kənd sakininin qaçırılmış avtomobili saxlanılaraq təhvil verilib.

Daxili İşlər Nazirliyindən Mill.Az-a verilən məlumata görə, iyunun 5-də Şəki rayonunun Baş Göynük kənd sakini H.Səmədov ŞRPŞ-yə müraciət edərək həmin gün ona məxsus "Renault" markalı avtomobilin qaçırılmasını bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən avtomobil onu idarə edən şəxslə birgə Qırxbulaq kəndi ərazisində saxlanılaraq ŞRPŞ-yə təhvil verilib.

Araşdırma aparılır.

Bundan başqa nazirliyin məlumatına görə, iyunun 5-də Gədəbəy rayonunun Slavyanka kəndi ərazisindən Maarif kənd sakini T.Xəlilova məxsus "VAZ-21074" markalı avtomobil qaçırılıb.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov avtomobillə birgə saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.