Kriminal

İrandan gələn Azərbaycan vətəndaşının düz bağırsağında heroin aşkarlandı

27 May 2019 12:48
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bağlamada 112 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 11 qram təşkil edən psixotrop maddə - metamfetamin və 28 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" I Siyahısına, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.