Kriminal

Azərbaycanda taksi sürücüsü maşınına minən gənc qızın başını niyə kəsdi? - TƏFƏRRÜAT - YENİLƏNİB

27 May 2019 18:21
3 Şərh     Baxış: 31 309

18:21

Yevlax rayonunda kişinin gənc qızın boğazını kəsərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Alyona Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Fərmanov Əhliman İbiş oğlu taksi sürücüsü olub.

İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.

Qeyd edək ki, hadisəni törədən şəxs Yevlaxın Qaramanlı kənd ərazi dairəsinə daxil olan Nəmərli kəndində doğulub. Lakin sonradan o, ailəsindən boşanıb və dələduzluq əməlinə görə həbs edilib. Əvvəllər məhkum olunmuş Ə.Fərmanov artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

-------------

12:30

Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun Bakı şəhər sakini Alyona Yanqarova olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunan Ə.Fərmanov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ,, · 27 May 20:22110

    Dəhşətli cinayətdir.. maraqlıdır heç özü bunu anlayır?. Cəmiyyət vəhşiləşir.. Ölkənin müxtəlif yerlərdən çox ciddi xəbərlər gəlir.. Məktəblilər də biçaqlarla gəzir. Tətbirlər gərəkdir! Əclaflığın dərəcəsinə bax..İnsan qətlinə görə verilən cəzalar ümumiyətlə yüngüldür... Bu, bir insanın həyatına verilən ucuz qiymət kimi qəbul oluna bilər və olunur da. Üstəlik sonra oyrənirsən ki verilən qisa bir cəza müddəti tamam olmamış belələr (çoxları peşman olmur, sadəcə cəzanı yüngülləşdirmək üçün bunu "etiraf edir") azadlığa buraxılır və yenidən kimisə öldürürlər. Bir qatil yaşadığı vaxtda "qanun çərçivəsində" "rahat" bir neçə adamı qətlə yetirə bilər... yetər ki bir kiçik və gülünc bir (xüsusi ilə "zonada keçən" bir) səbəb tapılsın....

    Cavab yaz
  • Anonim
    ,, · 27 May 21:1650

    Din Xadimlərin də bu məsələyə aid fikirəli və geniş auditoriyanı (həbsxanalar daxil olmaqla) əhatə edən, qatilləri insanlığa doğru çevirə bilən nəsihətlərində hazırda çox böyük ehtiyac var..

    Cavab yaz
  • Anonim
    azik · 27 May 21:18120

    BU-ADAM DEYİL-VƏHŞİDİR-ONU DAŞ QALAQ EDƏNDƏN SONRA ASMAQ LAZİMDİR-GULLƏLƏNMƏK ONUN UÇUN YUNGUL CƏZADİR

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.