Kriminal

Bakıda tükürpədən namus cinayətinin bəzi detalları məlum olub - Bacısının sevgilisini öldürüb, zirzəmiyə atıb...

26 May 2019 16:50
3 Şərh     Baxış: 6 854

3 gün əvvəl Bakıda törədilmiş dəhşətli qəttlə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində binanın zirzəmisindən meyiti tapılan 30 yaşlı Orxan Əliyevin namus üstündə öldürüldüyü məlum olub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.

Artıq hadisəni törədən şəxs tutulub, faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az 

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Lala · 27 May 14:1921

    gicdir ki bu

    Cavab yaz
  • Anonim
    Qaqa · 27 May 14:4913

    duz eleyib

    Cavab yaz
  • Anonim
    zuzu · 27 May 15:3200

    daha niye paylashir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.