Kriminal

Bakıda arvadını iplə boğan şəxsin etirafı - “Xəyanətə görə öldürdüm”

25 May 2019 13:48
1 Şərh     Baxış: 2 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arvadını boğaraq öldürməkdə təqsirli bilinən Müsəddiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Qaradağ rayonunda baş verib.

Rayonun Lökbatan qəsəbəsində yaşayan 58 yaşlı Yardımlı rayon sakini Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 44 yaşlı Ofeliya İmanovanı iplə boğaraq öldürüb. 

Cinayəti törədən Müsəddiq Əliyev hadisədən sonra polisə gələrək təslim olub. O, ifadəsində arvadını xəyanət üstündə qətlə yetirdiyini etiraf edib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.