Kriminal

İnterpol Bakıda qətl törədən azərbaycanlı barədə beynəlxalq axtarış elan etdi

24 May 2019 20:40
0 Şərh     Baxış: 1 615

İnterpol Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsi axtarışa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, axtarışa verilən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Xalid Tağıyev qəsdən adam öldürməkdə günahlandırılıb.

X.Tağıyev barəsində cinayət işi başlansa da, o, istintaqdan yayınıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və barəsində axtarış elan edib.

İnterpol həmin qərar əsasında X.Tağıyev barəsində beynəlxalq axtarış elan edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.