Kriminal

Qəbiristanlıqda bibisini öldürən şəxsə 19 il cəza verildi

24 May 2019 19:39
0 Şərh     Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Qubanın Slaboda qəsəbəsində qəsəbə sakini M.Migirov bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq xüsusi amansızlıqla döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları M.Migirovu saxlayıb.

Xatırladaq ki, M.Migirov daha əvvəl Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.