Kriminal

Qonşusu ilə mübahisə etdi, əlini bıçağa atdı - Sumqayıtda

24 May 2019 17:09
0 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində A.Rəşidov münaqişə zəminində qonşusu Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.